
🤦♂️ “Allah bizi müxalif insanlardan qorusun”
🤡 Bu sözləri meyxanaçı Balaəli qonaq olduğu Künc-Bucaq “YouTube” kanalında deyib.
🗣️ O, yazıçı Kəramət Böyükçölün onun haqqında səsləndirdiyi fikirlərə cavab verib:
🧼 “Əgər bir insan meyxananı sənət kimi qəbul etmirsə və hansısa meyxanaçı haqqında fikir bildirirsə, ümumiyyətlə, onun haqqında danışmağa nə ehtiyac var? Lazım deyil.
Allah bizi paxıl, qısqanc, həyatda heç bir nailiyyəti olmayan və müxalif fikirli insanlardan qorusun. Biz dövlətimizə sadiq insanlarıq. Allah müxalif insanlardan qorusun”.
SON XƏBƏR
10 комментариев
14 классов
👊 Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu
💰 Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
🚗 Qərara əsasən, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilib.
✍️ Qərarı baş nazir Əli Əsədov imzalayıb.
SON XƏBƏR
1 комментарий
1 класс
Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın keçirirdiyi brifinq zamanı ilə bir jurnalist ilə aralarında sözlü mübahisə baş verib
Jurnalist hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müxtəlif tədbirlər zamanı fəaliyyətinə maneələr yaradıldığını iddia edərək sual ünvanlayıb.
Buna cavab olaraq Paşinyan sərt reaksiya verib. O, jurnalisti tez-tez təhlükəsizlik əməkdaşlarının işinə mane olmaqda ittiham edərək bildirib ki, “siz daim onların ayağına dolaşırsınız, hətta onlar sizə toxunmadıqları üçün minnətdar olmalısınız”.
Baş nazir yüksək tonla çıxışını davam etdirərək jurnalistə “sualınızı verdiniz, susun, əks halda buradan çıxarılacaqsınız” deyə xəbərdarlıq edib. O, həmçinin jurnalistin qəsdən yerə uzandığını və bununla hüquq-mühafizə əməkdaşlarını təxribata çəkməyə çalışdığını iddia edib.
Jurnalist isə cavabında Paşinyanın özünün də vaxtilə etiraz aksiyaları zamanı oxşar davranış sərgilədiyini, o cümlədən nəqliyyat vasitələrinin qarşısına uzandığını xatırladıb. Baş nazir buna cavab olaraq bildirib ki, jurnalist də belə addım atmaq istəyirsə, bunu əvvəlcədən elan etməlidir.
SON XƏBƏR
1 комментарий
1 класс
🇮🇱 İsrailin Milli Təhlükəsizlik Şurası (MTŞ) qarşıdan gələn yəhudi bayramları ərəfəsində bəzi ölkələrə səfərlə bağlı xəbərdarlıq edib
🛑 MTŞ bildirib ki, İranla davam edən müharibə xaricdəki israillilərə qarşı t**ror təhlükəsini artırır.
🏙️ Qurum son dövrlərdə Qərb ölkələrində yəhudi və israilli obyektlərə qarşı törədilmiş və ya qarşısı alınmış hücum cəhdlərini buna əsas kimi göstərib.
✡️ Qarşıdan gələn Pesax və digər bayramlar səbəbilə riskin daha da artdığı vurğulanır.
🚫 Tövsiyə olunur ki, İranla həmsərhəd ölkələrdə (Azərbaycan, Gürcüstan, Türkiyə, BƏƏ və Körfəz ölkələri) İsrail və ya yəhudiliklə bağlı məkanlarda keçirilən tədbirlərdən uzaq durulsun.
ℹ️ Martın 5-də yayımlanan əvvəlki siyahıda Azərbaycan və Gürcüstan yer almırdı. Yeni xəbərdarlıqda bu iki ölkə də siyahıya əlavə edilib.
SON XƏBƏR
3 комментария
3 класса
Trump'ın 'gizli' dediği diplomasisi yalan çıktı
ABD Başkanı Donald Trump, kameralar karşısında İran ile yürütülen gizli diplomasi trafiğinin tüm detaylarını paylaştı. Trump, "İran'la anlaşma yapmak için çok önemli bir şansımız var. Onlar bir anlaşma yapmak istiyor, biz de istiyoruz" diyerek bölgede tansiyonu düşürecek sinyaller verdi.
Öte yandan İran tarafından "Trump akıl oyunlarına başladı. Biz kimseyi aramadık ve kimseyle anlaşmak istemiyoruz" dönütü geldi.
SON XƏBƏR
2 комментария
6 классов
“İran rejiminin yeni lideri ABŞ-dən atəşkəs istəyir”
Bunu ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında yazıb.
O həmin liderin adını çəkməsə də, onu “sələflərindən daha az radikallaşmış və daha ağıllı” kimi təsvir edib.
“Biz bu təklifi Hörmüz boğazı açıq, sərbəst və təhlükəsiz olduqda nəzərdən keçirəcəyik. O vaxta qədər isə İranı tamamilə məhv edəcəyik və ya necə deyərlər, Daş dövrünə qaytarırıq”, – Tramp qeyd edib.
SON XƏBƏR
5 комментариев
2 класса
ABŞ Prezidenti Donald Tramp NATO-dan çıxmağı ciddi şəkildə nəzərdən keçirdiyini bildirib
Bu barədə o, “The Daily Telegraph” qəzetinə müsahibəsi zamanı danışıb.
Tramp buna əsas kimi blokun İrana qarşı hərbi əməliyyata kömək etməkdən imtina etməsi olduğunu göstərib.
ABŞ prezidenti həmçinin, NATO-nu “kağız pələng” adlandıraraq, ittifaqa heç vaxt böyük rəğbət bəsləmədiyini qeyd edib.
“NATO məni heç vaxt inandıra bilmədi. Mən həmişə bilirdim ki, bu, kağız pələngdir”, - deyə Amerika lideri əlavə edib.
Tramp bu mövqeyi rusiyalı həmkarı Vladimir Putinin də bölüşdüyünü bildirib.
Qeyd edək ki, aprelin 1-də ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına verdiyi müsahibədə NATO müttəfiqlərinin İrana qarşı hərbi əməliyyatda amerikalılara kömək etməkdən imtina etməsi ilə bağlı şərh verib. Diplomat bildirib ki, ABŞ-nin öz maraqlarını qorumaq üçün NATO-ya üzv ölkələrin bazalarından istifadə edə bilməyib. Bu baxımdan, o, rəsmi NATO-nu “birtərəfli küçə” adlandırıb. O, qeyd edib ki, Amerika qoşunları qitəni müdafiə etmək üçün Avropadadır. Lakin ABŞ-nin özü lazım olduqda heç bir kömək ala bilmir. Bu fonda Rubio Vaşinqtonu “NATO-nun əhəmiyyətini” yenidən nəzərdən keçirməyə çağırıb.
1 комментарий
4 класса
Фильтр
01:44
- Класс
загрузка
Показать ещёНапишите, что Вы ищете, и мы постараемся это найти!
Левая колонка
О группе
Новости... - Xəbərlər...
Новости, публикуемые от имени группы, это новости скопированные из новостных сайтов. За это Администрация НЕ несет ответственность!!! - Qrup adından yerləşdirilmiş məlumatlar digər xəbər saytlarından kopyalanmış məlumatlardır. Buna görə Qrup Rəhbərliyi heç bir məsuliyyət daşımır !!!
- Баку
Показать еще
Скрыть информацию