Bir kişi eşidirki, 40 il kim Allaha günah etmədən ibadət edərsə ona şeytanı şüşədə həbs edib verər Allah.
Kişi lazımi avadanlıqları toparlayıb dağlara çəkilir...
40 il ibadətdən sonra Allah ona şüşədə iblisi həbs edib verir. Kişi evinə dönür. Bir müddət sonra səfərə çıxarkən şüşəni həyat yoldaşına verib bərk-bərk saxlamasını və ağzını açmamasını dönə dönə tapşırır.
Qadın marağı tapşırığa baxmaz
Ər gedəndən sonra arvad şüşəni qulağına yaxınlaşdırır və ah nalə eşidir. Şüşəyə baxır amma heç nə görmədiyi üçün marağından qapağı açır. Elə bu zaman şeytan şüşədən çıxıb:
-Ha ha haaa... Ərinin 40 illik ibadətini puç edib məni azad elədin-deyir
Qadın:
-Sən nə yalançı imişsən. Məyər sən boyda məxluq bu şüşəyə yerləşər?
Şeytan:
-Məyər görmədin ki,mən o şüşədən çıxdım.
Qadın:
-Sən ordan çıxa bilməzdin yalançı cadugər.
Şeytan and aman etsədə qadın ona inanmır və sonunda şeytan əsəbləşib qadına sübut üçün şüşəyə girir. Elə bu zaman qadın cəld şüşənin ağzını bağlayır və şüşəyə ağzın dirəyib deyir:
-Ərimin 40 il etdiyini mən 5 dəqiqəyə elədim.
Şeytan ah nalə edib ağlayaraq üzünü Allaha tutub deyir:
-İlahi,qadını yaratmışdınsa mənə nə ehtiyac var idi?

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев