Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Nisgil qövr eləyir sinəmdə mənim,
Xəstəlik ömrümə kəsilib qənim.
Yoxdur nə həmdəmim, çarə edənim,
Qurtuluş yolunu tapa bilmirəm.
Bu necə dövrandır, ədaləti yox,
Zülm tüğyan edir, rəzaləti çox.
İnsanlıq köksünə sancılıbdır ox,
Belə ziddiyəti dana bilmirəm.
Dünya həmən dünya - yalan dünyadır,
Mərdi namərdlərə satan dünyadır.
Aranı bir anda qatan dünyadır,
Onun fitnəsinə uya bilmirəm.
Xalqlar pərən düşüb, köçhaköçündə.
Şeytan iş başında - “əkin-biçində”,
Hər yan fəlakətin, odun içində,
Aqibət, sonuna çata bilmirəm.
İndi də axmaqlar “başbilən” olub,
Zülmün xiffətindən bənizlər solub.
Səbrin piyaləsi büsbütün dolub,
Sirri-müəmmanı duya bilmirəm.
Fələk insanlığı cənginə alıb,
Hərəni bir cürə kəməndə salıb.
Əl-qərəz, ümidlər Allaha qalıb,
Vaqeyi-əsrarı qana bilmirəm.
Masallı ş. 11.03.2026-cı il.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 7
Dəyərli şeirdir
Ахтарыб тапмышам; - Леззет едир. Бах.
Гулага гирени, ахтар гозунде,
Меним созлерими, итирме анчах!