📖 Ali-İmran 161
İmam Əli (ə):
“Nə çox oruc tutan var ki, ona orucdan ancaq aclıq və susuzluq qalır. Nə çox gecəni (ibadət məqsədi ilə) oyaq qalan var ki, bu işdən ona ancaq səhərə qədər oyaqlıq və yorğunluq qalır”.
📖 Nəhcül-Bəlağə
🔆 Həqiqi azadlıq sənin canından, içindən başlayır, kənardan və çölündən yox!
🕋 Sən Allahınla nə qədər çox məhəbbətlə yaşasan, Onu daim yad etsən, adı daim dilində olsa, bir o qədər azad və arxayın olarsan.
✅ İnsanın həqiqi bəndəliyi ancaq Allaha olarsa, artıq nəfsin, qəzəbin, eqoistliyin, mənəm-mənəmliyin və digər mənfi istəklərin quluna çevrilməz.
Çünki sən eşq dolu bir Rəbbin bəndəsisən!
🟨 Beləcə, varlığını və batinini nurla doldurarsan; həmin nur isə sənə həqiqi azadlıq və həqiqi qurtuluş bəxş edər!
💫 Azadlığın yalnız Onun əlində olduğuna görə Allaha şükürlər olsun.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев