📖Rəd 11
İmam Kazim (ə):
“Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbr etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür”.
📖Camiul-Əxbar, səh. 313, hədis 870
«Bir şəxs ki gecəni Allah ilə xəlvət etmiyə və onunla ünsiyyət yaratmaya, həmin şəxsin dostluğu yalandır.»
#ariflərdən
🌍 Bu dünyada həmişə haqq yolu ilə batil yolu arasında ziddiyyət mövcuddur.
🌐 Əgər passiv olsan, şübhəsiz ki, batilin yoluna düşəcəksən.
Amma ağlını, düşüncəni və dərk etmə qabiliyyətini işə salsan, hər an ayıq-sayıq olsan və mənəviyyatın üzərində məsuliyyətlə çalışsan, seçimin hər zaman haqq olacaq.
🕋 Mənəviyyat bu gün olub sabah olmayan bir şey deyil. Mənəviyyat sənin həqiqi varlığındır.
Gördüyün, eşitdiyin hər şey, ünsiyyətdə olduğun insanlar və getdiyin məkanlar — hamısı düşüncələrinə, hisslərinə və enerjinə təsir edir.
🕌 Əgər üzünü nura və haqqa çevirsən, həm ətrafındakı dünyaya müsbət təsir göstərərsən, həm də ondan müsbət enerji alarsan.
🔴 Amma əgər qafil olsan, gec-tez zülmətə doğru sürüklənəcəksən.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев