
⚡️ “İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub.
Zərərçəkmiş müəllim şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib.
Bundan başqa, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən, Ə.Ş-də anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən edilib.
Bu o deməkdir ki, şəxsdə müəyyən dərəcədə psixi problemlər var.
Amma o, törətdiyi əməli dərk edir, davranışlarını idarə etmək qabiliyyətindədir. Hazırki rəyə əsasən, şəxs cinayət məsuliyyətindən azad edilmir, lakin bu hal gələcəkdə cəza təyin edilərkən yüngülləş
0 комментариев
0 классов
9 nəfəri qətlə yetirənin atası polis rəisi, anası müəllim imiş - Saxlanıldılar
Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş şəhərində 14 yaşlı yeniyetmənin orta məktəbə silahlı hücum etməsi nəticəsində 9 nəfər həlak olub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədə istifadə olunan silahların sahibi, hücumçunun atası – birinci dərəcəli polis rəisi olan U.M. dərhal saxlanılıb.
İstintaqın davamında yeniyetmənin anası, Anadolu liseyində türk dili və ədəbiyyatı müəllimi işləyən P.P.M. də nəzarətə götürülüb.
Xatırladaq ki, 14 yaşlı İ.A.M. atasına məxsus 5 tapança və 7 dolu daraqla orta məktəbə daxil olaraq 8 şagirdi və bir müəllimi qətlə yetirəndən sonra intihar edib.
1 комментарий
1 класс
Hacı Əliyev mayor rütbəsi aldı
Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.
Bizim.Media xəbər verir ki, bu barədə idmançı instaqram hesabında paylaşım edib.
O bildirib ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ona mayor rütbəsi verib:
“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm”.
0 комментариев
1 класс
İntensiv yağışlardan sonra Bakının daha bir küçəsində yolun hərəkət hissəsində çökmə yaranıb.
“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində - Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Şöbəsinin qarşısında asfalt örtüyü çöküb. Nəticədə yolda sürücülər üçün təhlükəli vəziyyət yaranıb.
Ərazidə xəbərdarlıqedici nişanın qoyulmaması, çökmüş yerin lentlə əhatəyə alınmaması da riski artırır.
Həmin ərazidən görüntüləri təqdim edirik:
Fotolar: Pərvin Zeynal
0 комментариев
0 классов
Mina partlayışının qurbanı olan ANAMA-nın əməkdaşı dəfn edilib
İşğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində mina partlayışı nəticəsində həlak olan Muğan Mətilinin nəşi torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ANAMA-nın əməkdaşı, 1995-ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətilinin nəşi Bala Bəhmənlidə ailəsinin yaşadığı ünvana gətirilib və vida mərasimi olub.
Sonra Muğan Mətilinin nəşi Bala Bəhmənlidə qəbiristanlıqda torpağa tapşırılıb.
0 комментариев
1 класс
Фильтр
Добавлено фото в альбом
Добавлено фото в альбом
Добавлено фото в альбом
Добавлено фото в альбом
Добавлено фото в альбом
загрузка
Показать ещёНапишите, что Вы ищете, и мы постараемся это найти!
Левая колонка
О группе
Şamaxi Azərbaycanin mərd,qonaqpərvər və səmimi insanarinin yaşadigi Cənnət məkandir!!!
VƏTƏN SAGOLSUN !!!
- Шемаха
Показать еще
Скрыть информацию
Фото из альбомов
Ссылки на группу
3 093 участника