Свернуть поиск
Правая колонка
Ə.Şirvaninin şedevr qəzəllərindən birini sizlərə təqdim edirəm.Qəzəl Vəhtəti-vicud fəlsəfəsinin hülul təriqətinin anlamına görə və ya Tənasüh əqidəsinə istinadən yazılmışdır.
Canan yoluna verməyə mən can yenə gəldim
Bu Kəbə ara olmağa qurban, yenə gəldim.
Bir gəlmiş idim verməyə can, olmadı qismət,
Getdim, dolanıb, bir dəxi, ey can, yenə gəldim.
Dərman dedilər dərdi-nihanı-mə dəhanı
Yox yerdə tapıb dərdimə dərman, yenə gəldim.
Yüz dəfə xəzan olmuş idi baği-baharım
Bu bağı görüb fəsli-gülüstan, yenə gəldim.
Aldım ələ payi-mələx-asa dilü canı
Sandım ki,çıxır taxtə Süleyman, yenə gəldim
Zülmətkədeyi-aləmə manəndi İsgəndər
Sandım tapılır çeşmeyi-heyvan, yenə gəldim.
Seyyid, neçə yol gəlmiş idim mülki-cahanə
Səd şükr, tapıb surəti-insan, yenə gəldim!

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев