Предыдущая публикация
Астара!Город мой милый, любимый навсегда...

Астара!Город мой милый, любимый навсегда...

10 июл 2017

Astara rayonu Azərbaycan Respublikasının cənubunda İran İslam Respublikası ilə sərhəddə yerləşir.

Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir, 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur.
Tarixi faktlar təsdiq edir ki, Astara Azərbaycanın Talış mahalının qədim və inkişaf etmiş məntəqələrindən biri olmuşdur. Astaranın adı qədim dünya alimlərinin kitablarında, səyyahların qeydlərində, coğrafiyaşünasların xəritələrində öz əksini tapmış, bu məntəqə barədə müəyyən maraqlı məlumatlar verilmişdir.
Qədim dünyanın görkəmli riyaziyyatçısı, astronomu və coğrafiyaşünası İsgəndəriyyəli Klavdi Ptolomey eramızın 90-160-cı illərində yaşayaraq qədim tədqiqatçılardan biri olmuş və II əsrə aid Xəzər dənizinin xəritəsini tərtib etmiş, onun sahillərində yerləşən coğrafi adlar, obyektlər və yaşayış məntəqələri barədə ümumi qayda ilə dəqiq məlumat vermişdir. K.Ptolomey bu xəritədə Albaniyanın ona məlum olan bir çox şəhər və kəndlərinin adını çəkmiş və Astaranın adı yunanca “Astarata” kimi qeyd olunmuşdur.
Qədim dünyanın digər alimi Strabon özünün “Tarixi hadisələr” barədəki qeydlərində “Astara” adının mövcud olmasını göstərərək “dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi” barədə fikirlər söyləmişdir. İngilis taciri Antoni Cenkinson İngiltərə və Buxara arasında ticarət əlaqələrini yaratmaq məqsədi ilə 1559-cu ildə Xəzər dənizi sahillərində olmuşdur. 1562-ci ildə Londona qayıdaraq öz səfərləri haqqında “Rusiya-Tatarıstan təsviri” adlı əsərini nəşr etdirmiş və həmin əsərdə dərc edilmiş xəritədə Xəzər dənizi ətrafındakı yaşayış məntəqələrinin adlarını vermişdir. O, bu xəritədə Astaranı yunanca “Stara” kimi göstərmişdir.
Astara bir qədim yaşayış məntəqəsi olmaqla, tarixi İpək yolu onun ərazisindən keçmiş, Orta, Ön, Kiçik Asiya, Çin, Hindistan və Ərəb dunyası ilə geniş əlaqələr qurulmuşdur. Astara şəhərinin cənub-qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astara çayının kənarında çox qədim tarixə malik olmaqla karvansara mövcud olmuşdur. Həmin karvansaranın qalıqları aşkar edilmiş və onun VII əsrə aid olması müəyyən olunmuşdur.
Müxtəlif Şərq ölkələrini, eləcə də Azərbaycanı gəzib dolaşmış Alman səyyahı Hans Şilberger (1394-1427) Astaranın beynəlxalq ticarət əlaqələri barədə konkret məlumat vermişdir. Səyyah qeyd etmişdir ki, Astarada çoxlu ipək istehsal olunur, bu ipəyin ən yaxşı növü Dəməşq, Bursa, Kaşan və Venetsiya kimi sənətkarlar mərkəzinə ixrac olunur. Bu yerlərdə həmin ipəkdən yaxşı məxmər parçalar toxunur.
Orta əsrlərdə Astaranın əyalət paytaxtı, dini, mədəni və ticari mərkəzi olması barədə məlumatlar da maraqlıdır. Astara şəhərində dulusçuluq və saxsıbişirmə mədəniyyəti də geniş inkişaf etmişdir. Hələ XIII əsrin axırları XIV əsrin əvvəllərində Astaranın Maşxan məntəqəsində pul sikkə zərbxanası mövcud olmuşdur. Rus alimi A.M. Markov Dərbənd, Şamaxı və Təbriz, eyni zamanda Astarada zərb olunan sikkə pullarını dərindən öyrənərək öz əsərlərində geniş məlumatlar vermişdir. Alim sübut etmişdir ki, pulların üzərində adları yazılan şəhərlər, xüsusən də Astara şəhəri elə indiki Astara şəhəridir. Müxtəlif dövrlərdə hökmranlıq etmiş Hülakilər, Cəlarilər, Teymurilər, onların varisləri və başqaları Astara zərbxanasında pul kəsmişlər. Əmir Teymurun və ondan sonrakı dövrlərdə üzərində “Zərbe Astara” (Astarada zərb olunmuşdur) sözləri yazılan sikkələr bilavasitə bizim Astarada zərb olunan pullar olmuşdur. Bunu Avropa alimləri də öz əsərlərində sübut etmişlər. Hal-hazırda həmin sikkələrin 16 nümunəsi Tacikistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda mühafizə edilir.
Astara 1747-ci ildə Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır.
Dövrün tanınmış alimlərindən biri olmuş məşhur alman səyyahı Adam Oleari (1599-1651) Astarada olmuş, Astaralılar barədə müəyyən maraqlı məlumatlar vermişdir. 1638-ci ildə Novruz bayramı vaxtı Astarada olan səyyah yazır ki, Astara vilayəti Xəzər dənizinin sahilində yerləşir. Burada adam yoğunluğunda üzüm tənəkləri vardır. Bu faktı vaxtı ilə qədim tarixçi Strabon xəbər vermişdir. Strabonun verdiyi bu xəbərə görə o vaxtlar Hirkaniya adlanan bu yerlərdə bir kiçik tənək bir səbət üzüm verərmiş. Bütün bunlar Astara torpaqlarının yüksək məhsuldarlığa malik olduğuna sübutdur.
Tanınmış macar şərqşünası və səyyahı Armin Vanberinin (1832-1913) 1885-ci ildə Budapeştdə nəşr etdirdiyi “Türk elləri” adlı kitabda böyük bir fəsil Azərbaycana həsr olunmuş, Astarada gəzib dolaşdığını bildirmiş, burada yaşayan xalqın gözəl folklor nümunələrinə malik olmasını qeyd etmişdir.
Tanınmış fransız alimi, arxeoloqu və səyyahı Jak De Morqan (1856-1934) Astarada olmuş, bu torpağın yeraltı və yerüstü sərvətlərinə heyranlığını gizlətməmiş və Astara haqqında belə yazmışdır: ”Astara qədim rus şəhəridir. İranla-Azərbaycan arasında gömrükxana rolunu oynayır, həm də özünün keçmiş xüsüsiyyətlərini saxlayır.İndi isə sadəcə gömrükxanadır. Hazırda Astara Azərbaycandan Ərdəbilə-İrana karvanların və dənizdən yollanan gəmilərin çıxış məskənidir”. Məşhur fransiz səyyahı, yazıçısı Aleksandr Düma da Astara haqqında maraqlı məlumatlar vermişdir.
Astara nəyi ilə məşhurdur?Astara aran və dağ zonasından ibarətdir. Rayonun şərqində Xəzər dənizi dalğalanır və qərbində isə zəngin meşəli Talış sıra dağları dayanır. Xəzər dənizində olan nadir balıq növlərindən hazırlanan xörəklər Astara mətbəxini hər yerdə məşhur etmişdir. Xəzər dənizi sahili boyu və meşəliklərdə adı ilə tanınan bulaqlar rayona gələn qonaqlar və turistlər üçün ən gözəl istirahət yerlərindəndir. Müxtəlif xəstəliklərin dərmanı olan Astaranın İsti suyu Respublikanın hər yerində tanınır. Astara meşələrində bitən nadir ağacların şahı dəmirağacıdır. Dəmirağac bu meşələrə gözəllik verməklə yanaşı, strateji əhəmiyyətə malik ağac növüdür. Astara hazırda bütün dünyada ekoloji cəhətdən təmiz və keyfiyyətinə görə yüksək olan çayı ilə məşhurdur. 2002-ci ildə və sonrakı illərdə İspaniyanın paytaxtı Madrid, Rusiyanın paytaxtı Moskva şəhərlərində keçirilən beynəlxalq sərgilərdə Astara çayına yuxarıda qeyd etdiyimiz ən yüksək qiymət verilmiş və Qızıl medal almışdır. Astarada yetişdirilən limon, portağal, kivi, kinkan, feyxoa və başqa sitrus meyvələri Respublika və xarici ölkə bazarlarında maraqla alınır. Astaranın ənənəvi çəltik sahələri son vaxtlar genişləndirilmiş, indi ətirli Astara düyüsü süfrələrin bəzəyidir. Astaranın mətbəx mədəniyyəti rəngarəng və özünəməxsus olmaqla diqqəti həmişə cəlb etmişdir. Saxsı təndirdə bişirilən “əl çörəyi”, ”ləvəngi” və onun müxtəlif növləri, düyüdən bişirilən 21 növ, ətdən 23 növ, çöl və ev quşlarından 7 növ, undan 20 növ, balıqdan 9 növ xörəklər hər yerdə tanınır. Xüsusi ilə “Balıq sırdağı”, onun ləvəngisi, cücə ləvəngisi, pətə, qara plov, toy qatığı, boranı plov və başqa yerli xörək növləri rayona gələn qonaqların sevimli yeməyidir.

Astara rayonu Azərbaycan Respublikasının cənubunda İran İslam Respublikası ilə sərhəddə yerləşir. - 857496107116

Комментарии 35

Талыш (())
Талыш (())
Belke duz demirem
3 сен 2017
  • Нет комментариев
    Новые комментарии
    Талыш (())
    Талыш (())
    Rus bizim dili bilmir hardan tarixi biler
    3 сен 2017
  • Нет комментариев
    Новые комментарии
    Ramil Agayev
    Ramil Agayev
    hayıfki hal-hazırda Astara çox yüksak turizim potensialı olduğu halda ən axırıncı yerlərdən birini tutur.
    9 фев 2018
  • Нет комментариев
    Новые комментарии
    Hikmet Ağayev
    Hikmet Ağayev
    Astara çox çox çox gözeldi :-*
    22 ноя 2018
  • Нет комментариев
    Новые комментарии
    Ravil Quliev
    Ravil Quliev
    Фото
    21 апр 2019
  • Нет комментариев
    Новые комментарии
    Ravil Quliev
    Ravil Quliev
    Фото
    21 апр 2019
  • Нет комментариев
    Новые комментарии
    Наfiz Аgazade
    Наfiz Аgazade
    men Azerbaycanin her yerinde olmusam Astara en xosuma gelen yer olub. bir ferefi deniz bir terefi daglar meseler. yemekleri de gözel. esasende plov üstünde baliq. sonralar başa düşdüm ki bunu qonaqlar ücün bişirirler. insanlarida yaxşidi. birce bir az rütubet var.
    15 дек 2019
  • Нет комментариев
    Новые комментарии
    xalid davudov
    1965-ci ilde Astara tezeden tewkil olunanda Lenkeranin Xezer sahili cenub torpaqlarinin bir hissesi (Kamiwovka) Astaraya verilmiwdir. . .Hec de tesadufi deyil ki Sovet hokumeti dagilana qeder Lenkeran sovxozlarinin terevezi Kamiwovka demiryol stansiyasindan dawinmiwdir.Astara tarixen boyuk weherdir. Erazisinin 90 faizi Iran erazisinde qalmiwdir.Astaranin adinin menasina geldikde ise onun tarixen nece adlandirilmasi ve yozulmasi toponomik arawdirma ucun esas ola bilmez.Her hansi toponimin menasi orada yawamiw xalqin dilinde axtarilmalidir.Astarada ise tarixen taliwlar yawamiwlar.Taliw dilinde bu ad Astara yox ,Ostorodur.Her hansi toponimi tehrif etmek hemin xalqin tarixini itirmek demekdir...Taliw dili Hind-Avropa dilleri ailesine aiddir.bu dil ailesine aid olan dillerde "S"toponim duzelden vasite kimi ozunu gosterir.Ekser hallarda sahil menasina gelir.
    24 авг 2020
    , отредактировано
  • Нет комментариев
    Новые комментарии
    sitrus meyve
    sitrus meyve
    Фото
    13 сен 2020
  • Нет комментариев
    Новые комментарии
    FUAD BAGIROV
    FUAD BAGIROV
    https://youtu.be/mKLTj0a09W4
    21 сен 2020
  • Нет комментариев
    Новые комментарии
    xalid davudov
    Astara 1965-ci ilde ayrilanda Lenkeranin bezi torpaqlari onun erazisine daxil edilib ...Astara boyuk weherdir O eslinde Iran erazisinde yerlewir
    22 ноя 2020
  • Нет комментариев
    Новые комментарии
    SHAHIN TALIBOV
    SHAHIN TALIBOV
    🇦🇿 Hər birinizi Azərbaycan ilə bağlı Telegramda açılmış yeni qrupumuzda görməkdən Sevinc hissi duyardıq!

    🇷🇺 Будем рады видеть каждого из вас в нашей новой группе по Азербайджану в Telegram!

    🇹🇷 Her birinizi Telegram'da yeni açılmış olan, Azerbaycan'la ilgili grubumuzda görmekten Mutluluk Duyardık!

    https://t.me/AzeAzerbaijan
    13 фев 2022
  • Нет комментариев
    Новые комментарии
    Зоя Маричева (Заец)
    Зоя Маричева (Заец)
    🎁
    26 мар 2022
  • Нет комментариев
    Новые комментарии
    Tenha Oglan
    Tenha Oglan
    salam mənə Astara rayon siyekaran kəndindən kim varsa mənən təcili elage saxlasın vacibdir
    9 июн 2022
  • Нет комментариев
    Новые комментарии
    👉✉ 💫╰☆╮Mərahim Talışınski ╰☆╮♛✰💫 ✉👈
    👉✉ 💫╰☆╮Mərahim Talışınski ╰☆╮♛✰💫 ✉👈
    Səndərədi yox Səncərədi
    16 июл 2023
  • Нет комментариев
    Новые комментарии
    Джахид Салманов
    Джахид Салманов
    Санджади
    Фото
    16 июл 2023
  • Нет комментариев
    Новые комментарии
    Джахид Салманов
    Джахид Салманов
    Фото
    16 июл 2023
  • Нет комментариев
    Новые комментарии
    Geray Esedov
    Geray Esedov
    ответил Sarvanağa
    Ha zoə
    20 июл 2023
  • Нет комментариев
    Новые комментарии
    Алена Полякова
    Алена Полякова
    Слушайте люди! Из каждого утюга у нас кричат что ХАМАС это типа защитники мусульман, но это же полная ерунда! Как могут защитники мусульман убивать и захватывать в заложники самих мусульман?!!! Я читала, что они вырезали целую семью израильских мусульман, при этом они все говорили на арабском, а девушки вообще в хиджабе были!!! Это что за правоверные мусульмане, которые себе подобных убивают? Это звери же просто, которые прикрываются нашей религией. Нашей на самом деле мирной религией!!! Мне просто больно смотреть как сейчас этих зверей начинают оправдывать и защищать!!!!!! Убийца приходит в твой дом, насилует твою дочь, убивает твоего мужа а потом ты идешь в интернет и начинаешь его жалеть и оправдывать??? Как такое вообще возможно. Одумайтесь люди!!!!
    6 дек 2023
  • Нет комментариев
    Новые комментарии
    СПАСЕНИЕ ДУШИ
    СПАСЕНИЕ ДУШИ
    Марк.1:15
    и говоря, что исполнилось время и приблизилось Царствие Божие: покайтесь и веруйте в Евангелие.
    От Иоанна 3:16-21
    Ибо так возлюбил Бог мир, что отдал Сына Своего Единородного, дабы всякий верующий в Него, не погиб, но имел жизнь вечную.
    17 Ибо не послал Бог Сына Своего в мир, чтобы судить мир, но чтобы мир спасен был чрез Него.
    18 Верующий в Него не судится, а неверующий уже осужден, потому что не уверовал во имя Единородного Сына Божия.
    19 Суд же состоит в том, что свет пришел в мир; но люди более возлюбили тьму, нежели свет, потому что дела их были злы;
    20 ибо всякий, делающий злое, ненавидит свет и не идет к свету, чтобы не обличились дела его, потому что они злы,
    21 а поступающий по правде идет к свету, дабы явны были дела его, потому что они в Боге соделаны.
    5 мар
  • Нет комментариев
    Новые комментарии
    Новые комментарии
    Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
    Следующая публикация
    Свернуть поиск
    Сервисы VK
    MailПочтаОблакоКалендарьЗаметкиVK ЗвонкиVK ПочтаТВ программаПогодаГороскопыСпортОтветыVK РекламаЛедиВКонтакте Ещё
    Войти
    Астара!Город мой милый, любимый навсегда...

    Астара!Город мой милый, любимый навсегда...

    ЛентаТемы 674Фото 4 429Видео 196Участники 3 729
    • Подарки
    Левая колонка
    Всё 674
    Обсуждаемые

    Присоединяйтесь — мы покажем вам много интересного

    Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.

    Зарегистрироваться