Свернуть поиск
Дополнительная колонка
Правая колонка
1186. Zülmkarlıqdan çəkinmək.
Quran:
«Allah-taala zalım xalqı hidayət etməz» (Bəqərə, ayə 258)
«Həqiqətən, zalımlar nicat tapmayacaqlar.» (Ənam, ayə 21, Yusif, ayə 23)
Hədis:
3873. Allahın Peyğəmbəri (s): «Zülm etməkdən çəkinin ki, qəlblərinizi viran edər.» (Kənzul-Ummal, hədis 7639)
3874. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bəndə öz yaxşı əməllərinə görə sad halda məhşər ayağına çəkilər. Bir kişi gələr və deyər: «Ey Rəbbim! Bu bəndə mənə zülm etmişdir.» Bu zaman həmin bəndənin savabından götürülər və ədalət tələb edən kişinin savablarına əlavə edilər. Bu minvalla, zülm etdiyi insanlar bir-bir gəlib öz haqlarını tələb edərlər. Axırda, bəndəyə bir savab və xeyir əməl də qalmaz. Bundan sonra kim gəlib öz haqqını tələb etsə, onun günahlarından götürülüb həmin bəndənin günahlarına artırılar. Beləliklə, bəndə cəhənnəm oduna daxil olanadək insanların haqqı ondan götürülər.» (əl-Bidayətu-vən-Nəhəyətu, c.2, səh. 55)
3875. Allahın Peyğəmbəri (s): «Zülm etməkdən çəkinin ki, zülm qiyamət gününün zülmətləridir.» (əl-Kafi, c.2, səh.333, hədis11)
3876. İmam Əli (ə): «Zülmkarlıq ən çirkin alçaqlıqdır.» (Ğurərul-Hikəm, hədis 804)
3877. İmam Əli(ə): «Zülmkarlıq addımları büdrədər, nemətlərdən məhrum edər və ümmətləri məhvə sürükləyər.» (Ğurərul-Hikəm, hədis 1734)
3878. İmam Əli (ə)(zülmə nifrətini açıqladığı xütbədə): «And olsun Allaha, gecədən sübhədək dəvətikanı kolunun üstündə qalmağım və əlim-ayağım qandallı, zəncirlı halda sürüklənməyim, qiyamət günü Allah bəndələrindən birinə zülm, ya dünyanın alçaq malından ən xırda bir şeyi qəsb etmək günahına bulaşmış halda Allahın və Onun Rəsulunun (s) qarşısına çıxmaqdan mənimçün daha xoşdur. Necə ola bilər ki, ipi-sapı sürətlə çürüməyə doğru gedən və uzun zamanlar torpaq altında qalan bir cismə xatir kimsəyə zülm edim?» (Nəhcül-Bəlağə, xütbə 224)
3879. İmam Əli(ə) (həmin xütbədə): «Allaha and olsun, əgər yeddi iqlimi, onun planetlərinin altında olan hər şeylə birlikdə, qarışqanın ağzından arpa dənəsinin qabığını götürməklə Allaha itaətsizlik etməyim şərtilə mənə versələr, heç vaxt bunu etmərəm.» (Nəhcül-Bəlağə, xütbə 224)
3880. İmam Əli (ə): «Zülmdən ehtiyatlı ol ki, zülm edən hər bir şəxsin taleyi xoşagəlməz oldu.» (Ğurərul-Hikəm, hədis 2638)
3881. İmam Əli(ə): «Allahın nemətinin məhv olması, onun qəzəbinin və intiqamının tez gəlməsi üçün zülmdən təsirli heç nə yoxdur. Çünki, Allah-taala məzlumun duasını eşidir və daim zalımın pusqusundadır.» (Nəhcül-Bəlağə, məktub 53)
3882. İmam Əli(ə): «Kim zülm etsə ömrü (beli) sınar.» (Ğurərul-Hikəm, hədis 7940)
3883. İmam Əli(ə): «Kim zülmün miniyinə qalxsa, miniyi onu başıüstə yerə çırpar.» (Ğurərul-Hikəm, hədis 5391)
3884. İmam Əli(ə): «Kim zülm etsə, zülmü onu məhvə sürükləyər.» (Ğurərul-Hikəm, hədis 7835)
3885. İmam Sadiq(ə): «Allahın Rəsulu (s) qarışqanın ağzı və ayağı ilə daşıdığı hər bir şeyi yeməyi qadağan etmişdir.» (əl-Kafi, c.5, səh.307, hədis11)
1187. Zülmün növləri.
3886. İmam Əli (ə): «Bilin ki, zülm üç növdür: heç vaxt bağışlanmayan zülm, sorğu-suala çəkilən zülm, bağışlanan və sorğu-sualı olmayan zülm. Heç vaxt bağışlanmayan zülm, Allaha şərik qoşmaqdır... Bağışlanan zülm, bəndənin bəzi kiçik günahlar etməklə özünə rəva bildiyi zülmdür. Nəhayət, sorğu-suala çəkilən zülm, bəndələrin Bir-birinə etdikləri zülmdür.» (Nəhcül-Bəlağə, xütbə 176)
1188. Zülmün ən çirkin növü.
3887. Allahın Peyğəmbəri (s): «Allahdan başqa köməyi olmayan insana zülm edən şəxsə Allahın qəzəbi çox ağır olar.» (Kənzul-Ummal, hədis 7605)
3888. İmam Əli(ə): «Zəifə zülm etmək, zülmün ən çirkin növüdür.» (Nəhcül-Bəlağə, məktub 31)
3889. İmam Əli (ə) («Hansı günahın cəzası günahkara daha tez çatar?» sualının cavabında): «Allahdan başqa köməyi olmayan insana zülm edənə, nemətlərin haqqını yerinə yetirməkdə səhlənkar olana, yoxsula zülm və təcavüz əlini uzadana.» (Biharul-Ənvar, c.75,səh.320, hədis 43)
3890. İmam Əli (ə): «Ən çirkin zülmlərdən biri alicənab insanlara zülm etməkdir.» (Ğurərul-Hikəm, hədis 9272)
3891. İmam Baqir (ə): «Əli ibn Hüseynin (ə) ölüm anı çatanda məni sinəsinə sıxıb buyurdu: Oğlum! Atam dünyadan köçərkən mənə tövsiyyə etdiyini və onun atası da ölüm anında ona verdiyi tövsiyyəni indi mən sənə tövsiyyə edirəm: Oğlum! Allahdan başqa köməyi olmayan insana, məbada zülm edəsən!» (əl-Kafi, c.2, səh.331, hədis 5)
1189. Zalıma möhlət vermək.
3892. Allahın Peyğəmbəri (s): «Allah-taala zalıma o, «Allah məni öz ixtiyarıma buraxmışdır.» deyənə qədər möhlət verər. Sonra, ona şiddətli cəza verər. Allah-taala zalımları məhv edəndən sonra Özünə həmd söyləyib buyurmuşdur: Zülm edən insanların kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi olan Allaha.» (Biharul-Ənvar, c.75, səh.322, hədis51)
3893. İmam Baqir (ə): «Allah-taala iki söz arasında Firona 40 il möhlət verdi. Sonra ona axirət və dünya əzabını dadızdırdı. Allah-taala Musa (ə) və Haruna (ə) «Siz iki nəfərin duası müstəcab oldu» kəlməsini buyurduğu andan onun qəbul olunmasını Musaya məlum etdiyi vaxtadək 40 il çəkdi.» (Nurus-Səqəleyn, c.5, səh.500, hədis21)

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1